logo

Əhalinin banklardakı əmanətlərinin həcmi 14,2 milyard manata çatır

11:11 15-10-2024 | icon 2366
Əhalinin banklardakı əmanətlərinin həcmi 14,2 milyard manata çatır

Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz artaraq 2024-cü il sentyabrın 1-nə milli valyuta ekvivalentində 14 milyard 185,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, əmanətlərin 66,1 faizi milli, 33,9 faizi xarici valyutada qoyulub. Xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16,9 faiz artıb.