ICESCO-nun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
Oktyabrın 8-10-da ICESCO-nun İslam Dünyası İrs Komitəsinin Şuşada keçirilən 12-ci iclası çərçivəsində iştirakçılar Ağdama səfər edib.
Mədəniyyət Nazirliyindən YeniAvropa-ya bildirilib ki, ICESCO-nun Mədəniyyət və kommunikasiya sektorunun rəhbəri, Tunisin keçmiş mədəniyyət naziri Məhəmməd Zeynalabdin, ICESCO-nun İslam Dünyası İrsi Mərkəzinin rəhbəri Vebber Ndoro, İslam Dünyası İrs Komitəsinin sədri Məhəmməd Əl-Aydarus, Özbəkistanın Mədəniyyət Araşdırmaları və Qeyri-Maddi Mədəni İrs üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru İroda Dadaşconova və digər rəsmilər, həmçinin Komitəyə üzv ölkələrin təmsilçiləri əvvəlcə bərpa edilən İmarət Kompleksi ilə tanış olublar.
Qonaqlara İmarət Kompleksində yerləşən Qarabağ xanları Pənahəli xanın və İbrahimxəlil xanın, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, şair, rəssam Xurşidbanu Natəvanın, Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslərin məzarları haqqında ətraflı məlumat verilib. İşğal dövründə erməni vandalizminin qurbanı olan qəbiristanlıq, İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın dağıdılmış qəbirüstü abidələri göstərilib, italyan mütəxəssislərlə birgə aparılmış bərpa prosesindən söz açılıb.
İnteraktiv muzey kompleksində müxtəlif zamanlarda Cavanşirlər sülaləsinə həsr olunmuş məlumatlar, Qarabağ xanlığı haqqında tarixi faktlar, Xurşidbanu Natəvanın əl işlərinə və poemalarına həsr olunmuş audiovizual təqdimat, İmarət Kompleksinin işğal dövründə və işğaldan azad olunduqdan sonrakı vəziyyətini əks etdirən fotomateriallar maraqla qarşılanıb.
Sonra qonaqlar bərpa edilmiş Ağdam Cümə Məscidinə gəliblər. Məscidin işğal dövründə vəziyyətini əks etdirən fotoşəkillərlə tanış olub, bərpa prosesi barədə məlumatlandırılıblar.
Rəsmilər toplantıya ev sahibliyi etdiyinə görə Azərbaycan Respublikasına minnətdarlığını bildirib və törədilmiş vandalizmi pisləyiblər. İslam dünyası irsinin bərpasında və qorunub saxlanmasında Kompleksdə həyata keçirilmiş bərpanın, eləcə də ümumilikdə, Azərbaycan dövləti tərəfindən Qarabağda aparılan bərpa-quruculuq işlərinin nümunəvi olduğunu vurğulayıblar.
COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub
Millətlər Birliyi təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
Donald Tramp İlon Maska vəzifə verməyəcək
Bu gün Bakıda COP29 başlayır
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib
Rəsmi Bakı Pakistana başsağlığı verib
COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib
Yağıntılı hava şəraiti noyabrın 10-dək fasilələrlə davam edəcək
Bakıda Ukrayna Evinin açılışı olub
Ərdoğan Azərbaycanın Bayraq Gününü təbrik edib
Türkiyə "COP29"da "sıfır tullantı" pavilyonunu təqdim edəcək
Sabah Bakıda 17° isti olacaq
Zakir Həsənov Qazaxıstanın müdafiə nazirinə başsağlığı verib
ICESCO-nun baş direktoru Azərbaycana səfərə gəlib
İlham Əliyev Kambocanın kralını təbrik edib
SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib
Marşal Adalarının prezidenti Azərbaycana səfərə gəlib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
"COP29"a görə 57 marşrutun hərəkət sxemi dəyişdirilir
9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq