İlham Əliyev BMT baş katibinin birinci müavinini qəbul edib
Prezident İlham Əliyev oktyabrın 9-da BMT baş katibinin birinci müavini Amina Mohammedi qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Amina Mohammed BMT baş katibinin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını baş katib Antonio Quterreşə çatdırmağı xahiş edib. Dövlət başçısı COP çərçivəsində BMT baş katibini Azərbaycanda məmnuniyyətlə gözlədiyini deyib.
Qonaq ölkəmizdə COP29-un təşkil olunması işində Azərbaycan prezidentinin rəhbərliyini yüksək qiymətləndirib. O, BMT-nin aidiyyəti strukturları ilə Azərbaycan arasında COP gündəliyinin irəli aparılması üzrə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, Azərbaycan nümayəndə heyəti ilə yaxşı əməkdaşlığın və əlaqələrin olduğunu vurğulayıb.
Amina Mohammed Gələcəyin Paktı sənədinə Azərbaycanın da qoşulmasını və onu dəstəkləməsini yüksək qiymətləndirib. O, iqlim dəyişikliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri arasında birbaşa əlaqənin olduğunu bildirərək, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri vurğulayıb.
BMT baş katibinin birinci müavini Azərbaycanın sədrlik etdiyi COP-da əsas mövzunun maliyyə məsələsi olacağına toxunaraq, yeni kəmiyyət maliyyə hədəfi ilə əlaqədar beynəlxalq ictimaiyyət tərəfindən qarşıya yeni məqsədlərin qoyulacağına və onun müəyyənləşdiriləcəyinə ümidvarlığını ifadə edib.
Dövlət başçısı COP-a hazırlıq prosesində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) və Təşkilatın digər strukturları ilə əməkdaşlıqdan məmnunluğunu bildirib.
Prezident İlham Əliyev ölkəmizin COP29-da konsensusun əldə olunması üçün səylər göstərdiyini bildirib. Dövlət başçısı “troyka” formatına toxunaraq, Azərbaycanın COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30-a ev sahibliyi edəcək Braziliya ilə fəal işlər apardığını deyib.
Görüşdə COP29-un təşkili və ölkəmizin bu mötəbər tədbirə sədrliyi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Bakıda COP-öncəsi keçirilən tədbirin önəmi qeyd edilərək, burada aparılan müzakirələrin COP29-un gündəliyinin müəyyən olunması baxımından vacibliyi vurğulanıb.
COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub
Millətlər Birliyi təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
Donald Tramp İlon Maska vəzifə verməyəcək
Bu gün Bakıda COP29 başlayır
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib
Rəsmi Bakı Pakistana başsağlığı verib
COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib
Yağıntılı hava şəraiti noyabrın 10-dək fasilələrlə davam edəcək
Bakıda Ukrayna Evinin açılışı olub
Ərdoğan Azərbaycanın Bayraq Gününü təbrik edib
Türkiyə "COP29"da "sıfır tullantı" pavilyonunu təqdim edəcək
Sabah Bakıda 17° isti olacaq
Zakir Həsənov Qazaxıstanın müdafiə nazirinə başsağlığı verib
ICESCO-nun baş direktoru Azərbaycana səfərə gəlib
İlham Əliyev Kambocanın kralını təbrik edib
SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib
Marşal Adalarının prezidenti Azərbaycana səfərə gəlib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
"COP29"a görə 57 marşrutun hərəkət sxemi dəyişdirilir
9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq