logo

“Neftçi”nin istefa verən ba məşqçisi azarkeşlərinə təşəkkür edib

12:12 09-10-2024 | icon 1022
“Neftçi”nin istefa verən ba məşqçisi azarkeşlərinə təşəkkür edib

İki gün öncə “Neftçi” ilə yollarını ayıran Roman Qriqorçuk paytaxt təmsilçisinin azarkeşlərinə təşəkkür edib.

YeniAvropa xəbər verir ki, bu barədə Ukraynalı mütəxəssis KİV-ə açıqlamasında klubda birgə çalışdığı insanlara minnətdarılığını bildirib.

Amma 59 yaşlı çalışdırıcı komandadan gedişi barədə hələlik danışmaq istəmədiyini söyləyib.

Qeyd edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı. “Ağ-qaralar” onun rəhbərliyi altında Misli Premyer Liqasında meydana çıxdığı 9 oyunun heç birində qələbə qazana bilməyib. Komanda hazırda 5 xalla 9-cu pillədə qərarlaşıb.