Kliniki Tibbi Mərkəzin 110-cu ildönümü qeyd edilib
TƏBİB tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzin(KTM) 110 illiyi qeyd olunub.
YeniAvropa xəbər verir ki, tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, deputatlar, tibb müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak edib.
Əsası 1914-cü ildə 8 barakdan ibarət Yoluxucu Xəstəliklər Xəstəxanası kimi qoyulan, hazırda Kliniki Tibbi Mərkəz adı altında fəaliyyət göstərən çoxprofilli xəstəxanada yaradılan müxtəlif şöbələr, icra olunan ağır və nadir əməliyyatlar barədə məlumat verilib.
Çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Kliniki Tibbi Mərkəzdə göstərilən yüksək tibbi xidmətlərdən danışıb. O, icbari tibbi sığortanın tətbiqindən sonra ən ağır əməliyyatların KTM-də icra olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov isə Kliniki Tibbi Mərkəzin müasir tibbi avadanlıqlarla təchiz edildiyini bildirib, yeni yaradılmış şöbələrdən danışıb.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı və digər şəxslərin də çıxışları dinlənilib.
Daha sonra KTM-lə bağlı arxiv məlumatlar əsasında hazırlanmış film nümayiş etdirilib.
Tədbirdə Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov çıxış edərək son illər mərkəzdə baş verən dəyişikliklər, xəstəxanada görülən işlər və yaxın zamanda yeni açılacaq şöbələr barədə də qonaqları məlumatlandırıb.
Tədbirdə Vətən müharibəsi zamanı göstərilən yüksək xidmətlərə görə bir sıra tibb işçiləri mükafatlandırılıb.
Tədbirin sonunda Azərbaycan səhiyyə tarixində ilk dəfə çap edilmiş “Təcili tibb” kitabının təqdimatı olub. Kitabın müəllifi Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərovdur.
COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub
Millətlər Birliyi təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
Donald Tramp İlon Maska vəzifə verməyəcək
Bu gün Bakıda COP29 başlayır
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib
Rəsmi Bakı Pakistana başsağlığı verib
COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib
Yağıntılı hava şəraiti noyabrın 10-dək fasilələrlə davam edəcək
Bakıda Ukrayna Evinin açılışı olub
Ərdoğan Azərbaycanın Bayraq Gününü təbrik edib
Türkiyə "COP29"da "sıfır tullantı" pavilyonunu təqdim edəcək
Sabah Bakıda 17° isti olacaq
Zakir Həsənov Qazaxıstanın müdafiə nazirinə başsağlığı verib
ICESCO-nun baş direktoru Azərbaycana səfərə gəlib
İlham Əliyev Kambocanın kralını təbrik edib
SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib
Marşal Adalarının prezidenti Azərbaycana səfərə gəlib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
"COP29"a görə 57 marşrutun hərəkət sxemi dəyişdirilir
9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq