Azərbaycanın baş naziri Əli Əsədov Belarus Respublikasının baş naziri Roman Qolovçenkonun dəvəti ilə oktyabrın 2-də Minsk şəhərinə rəsmi səfərə gədib.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Minsk Milli Aeroportunda Azərbaycanın baş nazirini Belarus Respublikası baş nazirinin müavini İqor Petrişenko, xarici işlər nazirinin müavini İqor Nazaruk və digər rəsmi şəxslər qarşılayıblar.