logo

Rusiyanın Qarabağda baş konsulluq açacaq

14:14 02-10-2024 | icon 448
Rusiyanın Qarabağda baş konsulluq açacaq

Rusiyanın Azərbaycan ərazisində yeni xarici nümayəndəliklərinin açılması məsələsi üzərində siyasi müstəvidə iş aparılır.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Konsulluq idarəsinin rəhbəri Aleksey Klimov "TASS" agentliyinə müsahibəsində bildirib.

Azərbaycanda, o cümlədən Qarabağda yeni baş konsulluqların açılması ehtimalı ilə bağlı sualı cavablandıran Klimov qeyd edib ki, hazırda bu məsələ üzərində siyasi müstəvidə iş aparılır.

Klimov deyib: “Azərbaycan tərəfi ilə müvafiq sazişlər yekunlaşdıqda, konsulluq idarəsi də bu sənədlərlə bağlı əməli addımlar atacaq”.