Azərbaycanda prokurorluq orqanlarının yaranmasından 106 il ötür
Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 106 illiyi və prokurorluq işçilərinin peşə bayramı günüdür.
YeniAvropa xəbər verir ki, ölkəmizdə prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə müstəqil respublikanın ədliyyə, məhkəmə, polis və prokurorluq orqanlarının yaradılmasına xüsusi əhəmiyyət vermişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsi və onun tabeçiliyində prokurorluq orqanları yaradılmışdır. Təsadüfü deyildir ki, elə həmin tarix əsas götürülərək Azərbaycan prezidenti Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər ilin oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 14 noyabr 1918-ci il tarixli qərarı ilə «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə» təstiq edilir. Əsasnamənin 5-ci maddəsinə əsasən Azərbaycan Məhkəmə Palatası yanında prokuror və onun müəyyən sayda müavini təyin edilir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə prokurorluq orqanları haqqında geniş və hərtərəfli müvafiq normativ hüquqi akt qəbul edilməmişdir. Bunun əsas səbəb ondan ibarət idi ki, Azərbaycan Xalq Cümhuriyyəti, nisbətən qısa müddət – cəmisi 23 ay yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə prokurorluq məhkəmə orqanlarının tərkibində fəaliyyət göstərməklə, əsasən məhkəmədə dövlət ittihamı müdafiə etmək funksiyasını həyata keçirirdi. Ədliyyə nazirinin Bakı və Gəncə dairə məhkəmələrinin prokurorlarına ünvanlanan 8 dekabr 1918-ci il tarixli təmimnaməsi ilə prokuror müavinlərinə, habelə «ibtidai istintaqın aparılmasına faktiki göz qoyulması» vəzifəsi də həvalə edilirdi.
Azərbaycan Məhkəmə Palatası yanındakı Prokuror Nəzarəti cinayət prosesində ittihamı müdafiə və məhkəmə orqanlarında qanunların düzgün tətbiqinə nəzarət funksiyalarını həyata keçirirdi. Respublika Prokuror Nəzarətinə Baş prokuror rəhbərlik edirdi, o, habelə Ədliyyə naziri kimi, ali məhkəmə idarəçiliyi orqanlarının rəhbəri hesab edilirdi. Başqa sözlə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədliyyə naziri eyni zamanda respublika prokuroru vəzifəsini yerinə yetirirdi.
X.Xasməmmədov, A.Səfikürdiski və T.Makinski Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirləri, eyni zamanda Xalq Cümhuriyyətinin ilk baş prokurorları olmuşlar.
Azərbaycan Məhkəmə Palatasının və onun yanındakı Prokuror Nəzarətinin hakimiyyəti Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilirdi.
Şərqdə yaradılmış ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelin 27-dən 28-nə keçən gecə bolşevik Rusiyasının XI Qızıl Ordusu tərəfindən süquta yetirilir.
Azərbaycan Xalq Cümhuriyyətinin özü kimi, onun prokurorluq orqanları, nisbətən qısa müddət yaşasa da, şərəfli bir yol keçmiş və onun hər səhifəsi xalqımızın yaddaşında əbədi olaraq qalacaqdır.
Gələn ildən “Azəripək”də pambıq parça da istehsal olunacaq
Avropa İttifaqı Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb
Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb
İlham Əliyev Cəbrayıl şəhərində yaşayış kompleksinin açılışında iştirak edib
Energetika naziri Braziliyada bir sıra görüşlər keçirib
Oktyabrın 5-6-da güclü geomaqnit qasırğası baş verəcək
Ermənistan təhlükəli oyunlara qoşulub
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür-İlham Əliyev
İlham Əliyev Cəbrayılda ABŞ-ın anti-Azərbaycan addımlarından danışıb
Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
Həndbol üzrə Azərbaycan klublarının avrokubok oyunlarının vaxtı açıqlanıb
Sabah Bakıda 26° isti olacaq
Rəşad Nəbiyev Türkiyədə Orta Dəhlizin daşıma potensialının artırılmasını müzakirə edib
Azərbaycanla Rusiya Xəzər məsələləri üzrə işçi qrup yaradıb
Azərbaycan Belarusla kənd təsərrüfatı üzrə Yol Xəritəsi imzalayıb
Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib
2200-dən çox namizəd dövlət qulluğuna imtahanı verəcək
Qazaxıstan prezidenti MDB təhlükəsizlik xidmətləri rəhbərlərini qəbul edib
UEFA Millətlər Liqası: Millimizin Estoniya və Slovakiya matçı üçün heyəti açıqlanıb
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Azərbaycanda səfərdədir
AQTA “Rigs” hoteldə yemək verilməsinə qadağa qoyub
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
Bu gün 3 rayonda qaz olmayacaq
Azərbaycan nefti 80,04 dollara satılır
Gədəbəy sakini atdan yıxılaraq ölüb