Azərbaycanda Mərkəzi Bankın yaranmasından 105 il ötür
Bu gün Azərbaycanda Dövlət Bankı fəaliyyətə başlamasının 105 ili tamam olur.
YeniAvropa xəbər verir ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməyinə başmayaraq dövlətçilik atributlarının əksəriyyətinin yaradılmasına nail ola bildi. Azərbaycanın dövlət bayrağı, himni, dövlət gerbi yaradıldı və təsdiq edildi, Azərbaycan vətəndaşlığı təsis edildi, milli ordumuz yaradıldı. Müasir respublika idarəetmə modelinə uyğun parlament və 15-dək nazirlikdən ibarət olan Nazirlər Kabineti formalaşdırıldıb Birinci Dünya müharibəsindən miras qalmış ağır siyasi və sosial-iqtisadi böhranı aradan qaldırmaq məqsədilə Cümhuriyyət hökuməti tərəfindən vergi-büdcə, pul tədavülü, mülkiyyət münasibətləri, xüsusilə torpaq islahatları, məşğulluğun təmin edilməsi və sair sahələri əhatə edən geniş islahat paketi reallaşdırılıb. Bütövlükdə 200-dək qanun layihəsi işlənib parlamentə təqdim edildi və onların xeyli hissəsi təsdiqləndi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı dövlətçilik atributlarından biri də milli pul nişanları və müstəqil mərkəzi bank idi. 1919-cu il martın 7-də hökumətin qərarı ilə Azərbaycan Dövlət Bankının təşkil edilməsi təklifi bəyənildi. 1919-cu il sentyabrın 16-da Parlament Nizamnaməni təsdiq etdi, sentyabrın 30-da isə bankın təntənəli açılış mərasimi oldu və Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı.
Azərbaycan Dövlət Bankı yaradıldıqdan cəmi 7 ay sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Lakin bu qısa müddət ərzində Azərbaycan Dövlət Bankı mərkəzi bankçılığın başlıca elementlərini yaratmağa nail oldu. İlk növbədə, müstəqil dövlətçiliyin əsas atributlarından biri olan milli pul nişanları dövriyyəyə buraxıldı. İlk kağız pullar 10, 25, 50, 100, 250 və 500 manatlıqlar idi. Milli valyutanın dönərliliyini təmin etmək məqsədilə Dövlət Bankı digər valyutaların mübadilə məzənnəsini də müəyyənləşdirirdi.
Bank mərkəzi bankçılığın digər funksiyalarını da yerinə yetirirdi. Bu funksiyalardan biri ticarət, sənaye və kənd təsərrüfatına kreditlər vermək idi. “Banklar bankı” olan Azərbaycan Dövlət Bankı, eyni zamanda, ölkədə mövcud olan kredit təşkilatlarının fəaliyyətinə nəzarət edirdi.
Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli əmri ilə Azərbaycan Dövlət Bankı Xalq Bankı adlandırıldı, ölkədəki bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək onun tərkibinə qatıldı və bank sektoru dövlətin müstəsna inhisarına keçdi. 1922-ci ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının yaradılmasından sonra Zaqafqaziya vahid pul sisteminə keçildi. Lakin Sovet İttifaqının ilk illərində qeyri-adekvat iqtisadi siyasət nəticəsində dərin böhran baş verdi, yüksək inflyasiya pul nişanlarını kəskin dəyərsizləşdirdi.
1923-cü ildə SSRİ Dövlət Bankının yaradılması ilə əlaqədar onun Bakı bölməsi də təsis edildi. 1936-cı ilin dekabrında qəbul edilmiş SSRİ Konstitusiyasına görə Azərbaycan SSRİ tərkibinə “suveren” respublika kimi daxil oldu. Bundan sonra SSRİ Dövlət Bankının Azərbaycan Kontoru yaradıldı və 1991-ci ilin sonuna kimi fəaliyyət göstərdi. Lakin Kontor müasir və müstəqil mərkəzi bankçılıq modelindən tamamilə uzaq idi, yalnız mərkəzdən gələn tapşırıqların yerinə yetirilməsi ilə məşğul olurdu.
XX əsrdə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan az sonra - 1992-ci ilin fevralında Azərbaycan Milli Bankı adı altında Mərkəzi Bank təsis edildi.
Sabiq deputat İqbal Məmmədov 10 milyonluq vergi borcunun bir hissəsini ödəyib
Xəzər dənizində zəlzələ baş verib
XIN Niderland Parlamentinin iki qətnaməsini pisləyib
İlham Əliyev Tunis prezidentini təbrik edib
ICESCO-nun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
Sahibə Qafarova Düşənbədə özbəkistanlı həmkarı ilə görüşüb
Məsut Özilin Azərbaycana səfərinin səbəbi bəlli olub
Araik Arutyunyanın, David Babayanın və digərlərinin həbs müddəti uzadılıb
COP29 ölkəmizə nələri qazandıracaq?
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq,23° isti olacaq
Azərbaycanda 1400 bələdiyyə birləşdirilir
İqtisadi Şuranın iclası keçirilib
Prokurorluq Qazaxda tələbələrin zəhərlənməsini araşdırır
Bakıda “INMerge” innovasiya sammiti davam edir
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib
Azərbaycan nefti 80,38 dollara satılır
Əbu-Dabi “Böyük Dəbilqə”sində 6 cüdoçumuz mübarizəyə başlayır
Sahibə Qafarova Tacikistana işgüzar səfərə gedib
Dünya çempionatı: Azərbaycan millisi bürünc medal üçün oynayacaq
Sabah Bakıda 24° isti olacaq
Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
Rafael Nadal karyerasını bitirəcək
COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək
Dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb
Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istədir