Oktyabrın 6-sı saat 09:00-da şagird sayı 151-500 nəfər arasında olan ümumi təhsil müəssislərində vakant direktor vəzifəsi üçün direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, qeydiyyatdan keçmiş və vəzifə tələblərinə uyğun olan namizədlərə imtahana dəvət olunması üçün SMS vasitəsilə bildiriş göndəriləcək.