Gəncə şəhərində əməliyyat olunan şəxs xəstəxanada ölüb.
YeniAvropa xəbər verir ki, sentyabrın 21-də Gəncə şəhərindəki özəl klinikalardan birində mədə kiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova sentyabrın 28-də dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.