logo

Bakıda İqlim Fəaliyyəti Həftəsi başlayıb

09:48 30-09-2024 | icon 1057
Bakıda İqlim Fəaliyyəti Həftəsi başlayıb

Sentyabrın 30-dan Bakı İqlim Fəaliyyəti Həftəsi(BİFH) start götürüb.

YeniAvropa xəbər verir ki, oktyabrın 4-dək davam edəcək tədbirin əsaqs məqsədi ictimaiyyətin diqqətini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında(COP29)  müzakirə ediləcək məsələlərə cəlb etməkdir.

BİFH siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət kimi bir sıra sahələrdən vətəndaş cəmiyyətlərindən və mediadan əsas maraqlı tərəfləri bir araya gətirir.

Tədbirin rəsmi açılış mərasimində ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29-un Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, digər rəsmilər və xarici qonaqlar iştirak edir.

Rəsmi açılış mərasimindən sonra Bakı İqlim Fəaliyyəti Həftəsi müxtəlif sahələrə həsr olunan panellərlə davam edəcək.