Azərbaycan-BMT əməkdaşlığı müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın BMT, onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığı yüksək qiymətləndirildiyini bildirib. Xüsusilə, COP29 Sədrliyimiz çərçivəsində aktiv əməkdaşlığımızın sədrliyin uğurla həyata keçirilməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.
COP29 Sədrliyimiz çərçivəsində prioritet istiqamətlər və sədrlik təşəbbüsləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov COP29 çərçivəsində, xüsusilə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılması istiqamətində aktiv fəaliyyət aparıldığını bildirib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, keçmiş məcburi köçkünlərin öz evlərinə ləyaqətli qayıdışının təmininə istiqamətlənən bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, ikitərəfli danışıqlar, habelə sülh müqaviləsinin imzalanmasının qarşısında duran əsas çağırışlar barədə ətraflı məlumat verilib.
İkitərəfli danışıqlar prosesi çərçivəsində əldə olunan bir sıra irəliləyişlərə baxmayaraq, Ermənistan konstitusiyası, habelə digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının sülh qarşısında əsas maneə olduğu vurğulanıb.
Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Məzahir Pənahov Qazaxıstandakı refendumu şəffaf və demokratik adlandırıb
Buzovnada 47 yaçlı kişini öldürən yeniyetmə saxlanılıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Ukrayna Ordusu Rusiyanın atdığı 2 raket və 56 PUA-nı məhv edib
Sabah Bakıda 26° isti olacaq
Bu gün 2200-dən çox namizəd dövlət qulluğuna qəbul imtahanı verir
Qazaxıstanda referendum keçirilir
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verildi
Bu il ali məktəblərə daxil olan 102 tələbəyə Prezident təqaüdü verildi
İlham Əliyev deputat Sabir Hacıyevə “Şöhrət” ordeni verdi
Azərbaycan bu il İtaliyaya 9,6 milyard m3 qaz ixrac edəcək
Sabah Bakıda 26° isti olacaq
Zelenski “Ramştayn” görüşündə qələbə planını təqdim edəcək
Cəbrayıl şəhərindəki yaşayış kompleksi 712 mənzildən ibarətdir
Milli Məclisin üzvləri Qazaxıstandakı referendumu müşahidə edəcəklər
Belaruslu baş məşqçi “Neftçi”nin təklifini rədd edib
Parlamentdə bir sıra məhkəmələrə hakimlərin təyinatına baxılacaq
Azərbaycan nefti 81,47 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Həndbol komandalarımız Avropa Kubokunda mübarizəyə başlayır
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Gələn ildən “Azəripək”də pambıq parça da istehsal olunacaq
Avropa İttifaqı Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb
Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb