“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün ilk oyununa çıxacaq.
YeniAvropa xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Londonda İngiltərənin “Tottenhem” komandası ilə qarşılaşacaq.
“Tottenhem Hotspur” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı Fransadan olan baş hakim Villi Delajo idarə edəcək.
Qeyd edək ki, Ağdam təmsilçisi oktyabrın 3-də Bakıda İsveçin “Malmö” klubu ilə üz-üzə gələcək.