logo

Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb

09:09 26-09-2024 | icon 910
Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

YeniAvropa xəbər verir ki,  ilkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.