Hindistan şahmatçısı Vidit Santoş Qucratinin Şuşada ilk dəfə keçiriləcək Vüqar Həşimov Memorialında iştirak edə bilməməsinin səbəbi bəlli olub.
Azərbaycan Şahmat Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Ümumdünya Şahmat Olimpiadasının qalibi olan Hindistan komandasının üzvləri dövlət tədbirlərində iştirak edəcək və Baş nazir Narendro Modinin qəbulunda olacaqlar. Bu səbəbdən Vidit Santoş Qucrati Təşkilat Komitəsinə əvəz edilməsi ilə bağlı müraciət edib.
Vüqar Həşimov Memorialında onu Hindistanın digər şahmatçısı Aravind Çitambaram əvəzləyəcək.