Azərbaycanda su ehtiyatları 25 % azalacaq
Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə qlobal iqlim dəyişikliklərinin neqativ təsirləri getdikcə genişlənməkdədir. Bu təsirlər arid zonalarda yerləşən ölkələrdə daha çox hiss olunmaqdadır ki, Azərbaycan da həmin ölkələr sırasına daxildir.
YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Regional Su Meliorasiya Xidməti”nin İdarə Heyətinin sədri Zakir Quliyev “Avropa və Mərkəzi Asiya ölkələrinin aqroərzaq sektorunda iqlim tədbirlərinin gücləndirilməsi” mövzusunda keçirilən Regional İqlim Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, indiki şəraitdə ekoloji tarazlığın qorunub saxlanılması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, suyun, torpağın və atmosferin çirklənmədən mühafizə olunması ümumbəşəri problemə çevrilib.
“Dünyada demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanılması yalnız inkişafın yeni, ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin formalaşdırılması hesabına ola bilər”, - deyə Zakir Quliyev bildirib.
Sədr müavini əlavə edib ki, Azərbaycanın su ehtiyatları olduqca məhduddur: “Çoxillik məlumatlara əsasən, respublikanın yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir. Bu ehtiyatların yalnız 30 faizi ölkə ərazisində formalaşır, 70 faizi isə qonşu ölkələrin ərazilərindən daxil olur. Son illər iqlim dəyişikliklərinin və uzun sürən quraqlıqların təsirindən ölkəmizin əsas su arteriyaları olan Kür və Araz çaylarının axını kəskin surətdə azalır, daxili çayların bir çoxu isə tamamilə quruyur. Belə bir şəraitdə ilin isti aylarında kənd təsərrüfatı bitkilərinin suya olan tələbatı maksimum həddə çatdığından onların suvarma suyu ilə təminatı çətinləşir. Bu problemin həlli mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, digər tərəfdən qeyri-ənənəvi (yeraltı, kollektor-drenaj, çirkab və tullantı, dəniz) sulardan kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə imkanlarının daha ətraflı tədqiq edilməsi zərurətini yaradır. Proqnoz məlumatlara əsasən, ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz, 2070-2100-cü illərdə isə 30-35 faiz azalması gözlənilir”.
Gələn ildən “Azəripək”də pambıq parça da istehsal olunacaq
Avropa İttifaqı Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb
Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb
İlham Əliyev Cəbrayıl şəhərində yaşayış kompleksinin açılışında iştirak edib
Energetika naziri Braziliyada bir sıra görüşlər keçirib
Oktyabrın 5-6-da güclü geomaqnit qasırğası baş verəcək
Ermənistan təhlükəli oyunlara qoşulub
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür-İlham Əliyev
İlham Əliyev Cəbrayılda ABŞ-ın anti-Azərbaycan addımlarından danışıb
Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
Həndbol üzrə Azərbaycan klublarının avrokubok oyunlarının vaxtı açıqlanıb
Sabah Bakıda 26° isti olacaq
Rəşad Nəbiyev Türkiyədə Orta Dəhlizin daşıma potensialının artırılmasını müzakirə edib
Azərbaycanla Rusiya Xəzər məsələləri üzrə işçi qrup yaradıb
Azərbaycan Belarusla kənd təsərrüfatı üzrə Yol Xəritəsi imzalayıb
Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib
2200-dən çox namizəd dövlət qulluğuna imtahanı verəcək
Qazaxıstan prezidenti MDB təhlükəsizlik xidmətləri rəhbərlərini qəbul edib
UEFA Millətlər Liqası: Millimizin Estoniya və Slovakiya matçı üçün heyəti açıqlanıb
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Azərbaycanda səfərdədir
AQTA “Rigs” hoteldə yemək verilməsinə qadağa qoyub
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
Bu gün 3 rayonda qaz olmayacaq
Azərbaycan nefti 80,04 dollara satılır
Gədəbəy sakini atdan yıxılaraq ölüb