logo

Bakıda Karbon Qiymətləndirilməsi üzrə Beynəlxalq Forum keçirilir

11:11 25-09-2024 | icon 700
Bakıda Karbon Qiymətləndirilməsi üzrə Beynəlxalq Forum keçirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA) ilə birgə Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, forumu giriş sözü ilə açan iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini bildirib.

Nazir qeyd edib ki, bugünkü tədbir COP29-un məqsədlərinə birbaşa uyğundur.

“Gündəliyimiz karbonsuzlaşma prosesində fiskal alətlərin rolunu dəyərləndirməkdir. Bir sıra nüfuzlu beynəlxalq təşkilatların, habelə İOTA-ya üzv ölkələrin nümayəndələri ilə bu barədə müzakirələr aparmaq bizim üçün səmərəli olacaq”, - deyə nazir qeyd edib.

İki gün davam edəcək tədbirdə ölkənin rəsmi şəxsləri ilə yanaşı, Dünya Bankı və Asiya İnkişaf Bankının nümayəndələri də iştirak edir.