Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində I turun oyunlarına start veriləcək.
YeniAvropa xəbər verir ki, yeni formatda keçirilən Liqa mərhələsinin ilk oyun günündə 9 qarşılaşma oynanılacaq.
Bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməyən Türkiyə “Qalatasaray”ı doğma meydanda Yunanıstanın PAOK klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Gecənin maraqla gözlənilən oyunlarından biri də İngiltərədə baş tutacaq. “Mançester Yunayted” Niderlandın “Tvente” komandasını sınağa çəkəcək.
Qeyd edək ki, Liqa mərhələsində ilk turun digər 9 görüşü sentyabrın 26-da keçiriləcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi
I tur
20:45. “AZ Alkmaar” (Niderland) - “Elfsborq” (İsveç)
20:45. “Budo-Qlimt” (Norveç) - “Portu” (Portuqaliya)
23:00. “Mançester Yunayted” (İngiltərə) - “Tvente” (Niderland)
23:00. “Qalatasaray” (Türkiyə) - PAOK (Yunanıstan)
23:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Latsio” (İtaliya)
23:00. “Ludoqorets” (Bolqarıstan) - “Slaviya” (Praqa, Çexiya)
23:00. “Midtüllann” (Danimarka) - “Hoffenhaym” (Almaniya)
23:00. “Nitsa” (Fransa) - “Real Sosyedad” (İspaniya)
23:00. “Anderlext” (Belçika) - “Ferentsvaroş” (Macarıstan)