logo

Səudiyyə-Azərbaycan ticarət dövriyyəsinin artırılması üzərində çalışırıq-Səfir

20:50 23-09-2024 | icon 637
Səudiyyə-Azərbaycan ticarət dövriyyəsinin artırılması üzərində çalışırıq-Səfir

Səudiyyə-Azərbaycan münasibətləri 1991-ci ildən başlayan tarixi əlaqədir. Hazırda müxtəlif sahələrdə mühüm inkişaf var. Biz Səudiyyə-Azərbaycan hökumətlərarası Müştərək Komissiyası və Birgə İşgüzar Şurası vasitəsilə ticarət dövriyyəsi həcminin artırılması üzərində çalışırıq.

YeniAvropa xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli Bakıda ölkəsinin milli bayramı - Krallıq elan olunması günü münasibətilə təşkil edilən rəsmi qəbulda söyləyib.

Səfir bildirib ki, iki ölkə qısa zamanda ticarət dövriyyəsinin həcmini dəfələrlə artıracaq bir çox ortaq imkanlara malikdir.

O, Azərbaycana COP29-un təşkilində uğurlar arzulayıb.