logo

İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib

16:15 23-09-2024 | icon 567
İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib

Prezident İlham Əliyev sentyabrın 23-də İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: “Təbəs şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.

Qeyd edək ki, İranın şimal-şərqindəki Təbəs şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ən azı 51 nəfər ölüb, 17 nəfər yaralanıb. Partlayış tunellərdən birində metan qazının sızması səbəbindən baş verib.