logo

Gələn ildən minimum əməkhaqqı və minimum pensiya artırılacaq

15:55 23-09-2024 | icon 651
Gələn ildən minimum əməkhaqqı və minimum pensiya artırılacaq

Gələn ildən Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq.

YeniAvropa xəbər verir ki, bu fikri prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirib.

Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını deyən dövlət başçısı daha sonra qeyd edib: “ İqtisadi sahədə bu ilin göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda 7 faiz olub”.