Bu gündən Qarabağ Universitetində dərclər başlayır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır.
YeniAvropa xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub.
Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə “SABAH” qrupları təşkil olunub. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə sözügedən 4 ixtisas üzrə Qarabağ Universitetinin “SABAH” qruplarında ikinci tədris ilində təhsil alacaq.
İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq.
Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.
Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb.
Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilərlər.
Hazırda universitetin 160 əməkdaşı var. Onlardan 60 nəfəri akademik heyətin, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür.
Kadr heyətinin seçimi zamanı Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün vacib olan bilik və bacarıqlara sahib peşəkar mütəxəssislərə üstünlük verilib. Hazırda peşəkar və təcrübəli yerli və xarici professor-müəllim heyətinin akademik fəaliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə xaricdə yaşayan azərbaycanlı alimlər və müvafiq dövlət proqramları ilə nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alan gənclər diqqət mərkəzində saxlanılır.
Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib, ali məktəbdə yaradılan şəraitlə tanış olub.
Gələn ildən “Azəripək”də pambıq parça da istehsal olunacaq
Avropa İttifaqı Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb
Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb
İlham Əliyev Cəbrayıl şəhərində yaşayış kompleksinin açılışında iştirak edib
Energetika naziri Braziliyada bir sıra görüşlər keçirib
Oktyabrın 5-6-da güclü geomaqnit qasırğası baş verəcək
Ermənistan təhlükəli oyunlara qoşulub
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür-İlham Əliyev
İlham Əliyev Cəbrayılda ABŞ-ın anti-Azərbaycan addımlarından danışıb
Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
Həndbol üzrə Azərbaycan klublarının avrokubok oyunlarının vaxtı açıqlanıb
Sabah Bakıda 26° isti olacaq
Rəşad Nəbiyev Türkiyədə Orta Dəhlizin daşıma potensialının artırılmasını müzakirə edib
Azərbaycanla Rusiya Xəzər məsələləri üzrə işçi qrup yaradıb
Azərbaycan Belarusla kənd təsərrüfatı üzrə Yol Xəritəsi imzalayıb
Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib
2200-dən çox namizəd dövlət qulluğuna imtahanı verəcək
Qazaxıstan prezidenti MDB təhlükəsizlik xidmətləri rəhbərlərini qəbul edib
UEFA Millətlər Liqası: Millimizin Estoniya və Slovakiya matçı üçün heyəti açıqlanıb
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Azərbaycanda səfərdədir
AQTA “Rigs” hoteldə yemək verilməsinə qadağa qoyub
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
Bu gün 3 rayonda qaz olmayacaq
Azərbaycan nefti 80,04 dollara satılır
Gədəbəy sakini atdan yıxılaraq ölüb