logo

Azərbaycan QHT-ləri BMT-nin sammitində iştirak edir

09:09 23-09-2024 | icon 637
Azərbaycan QHT-ləri BMT-nin sammitində iştirak edir

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-nin “Gələcəyin Sammiti”nin işində fəal iştirak edir.

YeniAvropa xəbər verir ki,  bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən bildirilib.

Qeyd olunub ki, COP29 Təşkilat Komitəsinin üzvləri - “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova, “Gender Hub” İctimai Birliyinin sədri Məryəm Məcidova, “SmartNation” platformasının təsisçisi Şəbnəm Məmmədova, o cümlədən “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi Amin Məmmədov, “Bakı Təşəbbüs Qrupu”nun rəhbəri Abbas Abbasov, “Qarabağa Dönüş” İctimai Birliyinin nümayəndəsi Gülməmməd Məmmədov sammit və Fəaliyyət Günləri çərçivəsində müxtəlif panellərə qatılıb.