logo

İranda kömür mədənindəki partlayışda 50 nəfər ölüb

15:15 22-09-2024 | icon 3171
İranda kömür mədənindəki partlayışda 50 nəfər ölüb

İranın şimal-şərqindəki Tebes şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində azı 50 nəfər ölüb, 20 nəfər yaralanıb.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı İranın "Tasnim" agentliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, şaxtada partlayış tunellərdən birində metan qazının sızması səbəbindən baş verib. Partlayış zamanı mədənin B və C bloklarında 69 nəfər olub. B blokundan 20 şaxtaçının cəsədi çıxarılıb, C blokunda işləyən 30 nəfərin hamısı ölüb.

Zərərçəkənlərə tibbi yardım göstərilir.