logo

Ağdamdan 4 gün partlayış səsləri gələcək

10:10 22-09-2024 | icon 1617
Ağdamdan 4 gün partlayış səsləri gələcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

“Döyüş sursatlarının məhv edilməsi prosesi sentyabrın 23-dən 27-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”, - məlumatda qeyd edilib.