Ərdoğan ABŞ-a səfərə gedib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu toplantısında iştirak etmək üçün ABŞ-a yola düşüb.
YeniAvropa xəbər verir ki, səfərdən əvvəl prezident Ərdoğan İstanbulun Atatürk hava limanında mətbuata açıqlama verib.
Ölkə başçısı bildirib ki, son vaxtlar bölgədə və dünyada baş verən hadisələr, eləcə də rəqəmsal hücumlar nəzərə alınaraq Türkiyə başda müdafiə sənayesi olmaqla bütün imkanlarını səfərbər edib.
Qeyd edilib ki, başda Qərb olmaqla dünya ölkələri artıq İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində birləşməlidir. Bütün bunları nəzərə alaraq Nyu-Yorkdakı “Türk evində” keçiriləcək fərqli görüşlərdə atılması artıq vacib hal alan bir sıra addımlar müzakirə olunacaq. Görüşlər təkcə dövlət və hökumət başçıları ilə deyil, Amerikada yaşayan türklər və ticarət təmsilçiləri ilə də keçiriləcək.
Türkiyə-Suriya münasibətlərinə dair sualı cavablandıran Ərdoğan deyib ki, Suriyadakı gərginliyin aradan qaldırılması, Türkiyə ilə Suriyanın ata biləcəyi birgə addımlar ətrafında müzakirələr aparılmalıdır: “Suriya Prezidenti ilə görüşmək iradəmizi də ortaya qoyduq. Biz buna hazırıq və Əsəd hakimiyyətindən cavab gözləyirik. Yeni dövrdə bu istiqamətdə görüşlərin başlayacağına inanırıq”.
Nyu-Yorkda Amerika prezidenti ilə görüşünə dair suala cavab olaraq Ərdoğan səfər çərçivəsində keçiriləcək görüşlərin artıq planlaşdırıldığını, lakin Bayden ilə nəzərdə tutulan görüşün olmadığını deyib: “Lakin istər BMT, istəsə də oradakı “Türk evində” dünya liderləri ilə görüşlərimiz olacaq. Tədbir çərçivəsində Amerika Prezidenti ilə görüşümüz də istisna deyil”.
Qeyd edək ki, Nyu-Yorkda keçiriləcək toplantıya 193 ölkənin hökumət və dövlət başçıları qatılacaq. Türkiyə prezidenti sentyabrın 24-də BMT tribunasından 14-cü dəfə çıxış edəcək. Ərdoğanın çıxışı zamanı başqa İsrail-Fələstin qarşıdurması olmaqla, bölgədə və dünyada baş verən son hadisələri, eləcə də regiondakı gərginliyin artma ehtimallarını əsas götürərək BMT-nin yenidən formalaşdırılmasının zəruriliyini vurğulaması gözlənilir.
Gələn ildən “Azəripək”də pambıq parça da istehsal olunacaq
Avropa İttifaqı Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb
Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb
İlham Əliyev Cəbrayıl şəhərində yaşayış kompleksinin açılışında iştirak edib
Energetika naziri Braziliyada bir sıra görüşlər keçirib
Oktyabrın 5-6-da güclü geomaqnit qasırğası baş verəcək
Ermənistan təhlükəli oyunlara qoşulub
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür-İlham Əliyev
İlham Əliyev Cəbrayılda ABŞ-ın anti-Azərbaycan addımlarından danışıb
Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
Həndbol üzrə Azərbaycan klublarının avrokubok oyunlarının vaxtı açıqlanıb
Sabah Bakıda 26° isti olacaq
Rəşad Nəbiyev Türkiyədə Orta Dəhlizin daşıma potensialının artırılmasını müzakirə edib
Azərbaycanla Rusiya Xəzər məsələləri üzrə işçi qrup yaradıb
Azərbaycan Belarusla kənd təsərrüfatı üzrə Yol Xəritəsi imzalayıb
Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib
2200-dən çox namizəd dövlət qulluğuna imtahanı verəcək
Qazaxıstan prezidenti MDB təhlükəsizlik xidmətləri rəhbərlərini qəbul edib
UEFA Millətlər Liqası: Millimizin Estoniya və Slovakiya matçı üçün heyəti açıqlanıb
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Azərbaycanda səfərdədir
AQTA “Rigs” hoteldə yemək verilməsinə qadağa qoyub
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
Bu gün 3 rayonda qaz olmayacaq
Azərbaycan nefti 80,04 dollara satılır
Gədəbəy sakini atdan yıxılaraq ölüb