Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında komanda hesabında gümüş medal qazanıblar.
YeniAvropa xəbər verir ki, Raziyə Seyidli ilə Ağasif Rəhimov qarışıq cütlüyü, Murad Rəfiyev və Daniel Abbasov kişi tandemi, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov, Abdulla Əl-Məşayxidən ibarət kişi qrupu temp və balans hərəkətlərində finala yüksəliblər.
Bu nəticə ilə yığmamız Azərbaycanın akrobatika gimnastikası tarixində ilk dəfə olaraq dünya çempionatında komanda hesabında ikinci yeri tutub.
Qeyd edək ki, turnirə sentyabrın 22-də yekun vurulacaq.