logo

“Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsis edilib

12:12 20-09-2024 | icon 3409
“Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsis edilib

“Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmir yolu administrasiyaları rəhbərlərinin məşvərət toplantısının protokolu imzalanıb.

YeniAvropa xəbər verir ki, sənəd Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yolu administrasiyalarının rəhbər heyətləri tərəfindən imzalanıb.

Qeyd edək ki, görüş zamanı “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qrupların təşkili və digər mühüm məsələlər müzakirə edilib, bu marşrut üzrə rəqəmsallaşma, kommersiya məsələləri, marketinq və kommunikasiya, logistika xidmətləri, normativ-hüquqi aktlar və infrastruktur mövzuları ətrafında fikir mübadiləsi aparılıb.