logo

Mişel Platini futbolu 10 nəfərlə oynamağı təklif edir

11:55 20-09-2024 | icon 1428
Mişel Platini futbolu 10 nəfərlə oynamağı təklif edir

Futbol oyununda qaydalara köklü dəyişiklik etmək lazımdır.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu fikri UEFA-nın sabiq prezidenti Mişel Platini səsləndirib.

O təklif edib ki, hər komandanın meydana 10 nəfərlik heyətlə çıxmasının daha məntiqli olardı.

“Ötən əsrdə də komandalar 11 nəfərlə mübarizə aparırdılar. Amma həmin futbolçular meydanda indikindən daha az və yavaş qaçırdılar, fiziki cəhətdən nisbətən zəif idilər. Hazırkı dövrdə isə düşünürəm ki, futbolçuların sayını azaltmaq yaxşı fikir ola bilər. Bu, meydanda sıxlığı aradan qaldıracaq”, - UEFA-nın keçmiş rəhbəri deyib.

Qeyd edək ki, mövcud futbol qaydalarına əsasən, bir komanda üçün meydanda maksimum oyunçu sayı qapıçı da daxil olmaqla 11-dir.