logo

Komitə sədri Rusiya müsəlmanlarının qurultayında iştirak edəcək

13:53 19-09-2024 | icon 1008
Komitə sədri Rusiya müsəlmanlarının qurultayında iştirak edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Rusiya Federasiyasının Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Şeyx Ravil Qaynutdinin dəvəti ilə sentyabrın 20-22-də Rusiyaya səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Komitə sədri Ramin Məmmədov Rusiya Müsəlmanları Ruhani İdarəsinin VIII Qurultayı və Beynəlxalq Müsəlman Forumunun “Sülh yolu: dialoq harmonik birgəyaşayışın əsası kimi” mövzusunda XX yubiley iclasında iştirak edəcək.

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək forumda beynəlxalq dini qurumların rəhbərləri, elmi-tədqiqat və təhsil müəssisələrinin aparıcı alimləri, xarici ölkələrin dövlət orqanları və ictimai təşkilatlarının nümayəndələri, həmçinin digər ənənəvi dinlərin təmsilçiləri qatılacaqlar.