logo

Paşinyan KTMT-ni Ermənistanın təhlükəsizliyi üçün təhlükə sayır

12:32 18-09-2024 | icon 1827
Paşinyan KTMT-ni Ermənistanın təhlükəsizliyi üçün təhlükə sayır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır.

YeniAvropa xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 18-də qlobal erməni sammitində çıxışı zamanı söyləyib.

Ölkəsinin KTMT-də üzvlüyünü dondurduğunu xatırladan N.Paşinyan deyib: “Ermənistan KTMT-yə qayıtmağa cəhd edir, yoxsa qayıtmağı düşünür? Yalnız qaldırdığımız suallara konkret cavablar verilsə, KTMT-dəki fəaliyyətimizi tam bərpa edəcəyik. Təşkilat qarşısında qaldırdığımız suallara cavab verilməlidir. Bu cavablar səslənənə qədər Ermənistan hər ötən an KTMT-dən daha da uzaqlaşır”.

“Aviasiyada “geri dönüş olmayan nöqtə” ifadəsi var. Əgər bu nöqtəni hələ keçməmişiksə, o zaman belə vəziyyət davam edərsə, geri dönüşü olmayan bu nöqtəni keçəcəyimiz ehtimalı yüksəkdir. Heç kimin bizi bununla bağlı ittiham etmək üçün qanuni əsası olmayacaq”, - deyə Paşinyan vurğulayıb.