logo

Noyabr ayında ardıcıl 6 gün iş olmayacaq.

10:50 18-09-2024 | icon 1344
Noyabr ayında ardıcıl 6 gün iş olmayacaq.

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

YeniAvropa xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov sentyabrın 18-də qərar imzalayıb.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə imzalanan qərara əsasən 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü, 9 noyabr isə Bayraq Günüdür.

Noyabrın 9-u şənbə gününə düşdüyündən Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü olacaq.

Bununla da noyabr ayında ardıcıl olaraq 6 gün (8, 9, 10, 11, 12 və 13 noyabr) iş olmayacaq. Növbəti iş günü isə noyabrın 14-də olacaq.