Portuqaliyanın Qimarayeş şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək akrobatika gimnastları bəlli olub.
Azərbaycan Gimnastika Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, turnirdə qarışıq cütlüklərdə Raziyə Seyidli ilə Ağasif Rəhimov və Milana Əliyeva ilə Sabir Ağayev tandemi qüvvəsini sınayacaq.
Kişi qrupunda Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov, Abdulla Əl-Məşayxi, kişi cütlüklərin mübarizəsində isə Murad Rəfiyev və Daniel Abbasov bacarıqlarını nümayiş edəcəklər.
Dünya çempionatı sentyabrın 19-22-də təşkil olunacaq.