logo

Milli Məclisə seçkilərdə 20 məntəqənin nəticələri etibarsız sayılıb

12:52 16-09-2024 | icon 812
Milli Məclisə seçkilərdə 20 məntəqənin nəticələri etibarsız sayılıb

Mərkəzi Seçki Komissiyasının(MSK) sentyabrın 16-da keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar müxtəlif seçki dairələrində 20 seçki məntəqəsinin nəticələri etibarsız sayılıb.

YeniAvropa xəbər verir ki, Milli Məclisə seçkilərlə əlaqədar seçki dairələri üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyalarının təqdim etdiyi sənədlərin yoxlanılması nəticəsində 13 saylı Xəzər ikinci seçki dairəsinin 12 saylı, 15 saylı Yasamal birinci seçki dairəsinin 25 saylı, 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 15 saylı, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 1 saylı, 38 saylı Gəncə birinci seçki dairəsinin 13 saylı, 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5, 9 saylı, 52 saylı Yevlax seçki dairəsinin 2, 8 saylı, 80 saylı Lerik-Astara seçki dairəsinin 88 saylı, 82 saylı İmişli-Saatlı seçki dairəsinin 41, 42, 44, 45 saylı, 104 saylı Gədəbəy seçki dairəsinin 20, 25, 34 saylı və 119 saylı Ağdam seçki dairəsinin 21 saylı seçki məntəqəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinin mümkünsüzlüyü səbəbindən həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilib.