logo

İlham Əliyev "Formula 1"in prezidentini qəbul edib

12:52 15-09-2024 | icon 1246
İlham Əliyev "Formula 1"in prezidentini qəbul edib

Prezidenti İlham Əliyev sentyabrın 15-də "Formula 1"in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, "Formula 1"in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

"Formula 1"in növbəti dəfə ölkəmizdə keçirilməsindən məmnunluğunu bildirən prezident İlham Əliyev bu yarışların Azərbaycanın dünyada daha çox tanıdılması baxımından ildən-ilə böyük rol oynadığını qeyd edib.

Dövlət başçısı "Formula 1"in Azərbaycanda keçirilməsinə göstərdiyi dəstəyə görə Stefano Domenikaliyə və Flavio Briatoreyə minnətdarlığını bildirib.

Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparılıb. "Formula 1"in Azərbaycanda avtomobil idmanının inkişafı sahəsinə verdiyi töhfələr də vurğulanıb. Həmçinin ölkəmizdə kartinqin inkişafı məsələlərinə toxunulub.

Görüşdə "COP29"un ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd edilib, ekologiya sahəsində davamlılıq məsələsində də "Formula 1"in daha fəal olmasının önəmi vurğulanıb.

Dövlət başçısı qonaqları "COP29" tədbirində iştiraka dəvət edib.

Bakının inkişafının onda dərin təəssürat hissi yaratdığını deyən Naomi Kempbell paytaxtda şahidi olduğu müasir infrastrukturu, o cümlədən məşhur memar Zaha Hadidin layihəsi olan Heydər Əliyev Mərkəzini məmnunluqla qeyd edib.

Britaniyalı supermodel ölkəmizdə modanın inkişafına töhfə və azərbaycanlı dizaynerlərin fəaliyyətinə dəstək verməyə hazır olduğunu bildirdi.