Bu gün "Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibi müəyyənləşəcək
Bu gün "Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibi müəyyənləşəcək.
YeniAvropa xəbər verir ki, Azərbaycan mərhələsinin sonuncu günündə əvvəlcə "Formula 2", daha sonra "Formula 1" üzrə əsas yarış start götürəcək.
"Formula 1"də sıralanma mərhələsinin yekunlarına əsasən, ən yaxşı nəticəyə “Ferrari”nin monakolu pilotu Şarl Lekler imza atıb. “McLaren”in avstraliyalı sürücüsü Oskar Piastri ikinci, “Ferrari”nin digər üzvü, ispaniyalı Karlos Sayns üçüncü olublar. Bu turun nəticələrinə əsasən, əsas yarışda pilotların düzülüşü müəyyənləşib.
"Formula 2" üzrə sprint yarışında “PHM AIX Racing” komandasının paraqvaylı pilotu Yosua Dürksen finiş xəttinə birinci çatıb. DAMS komandasının amerikalı sürücüsü Cek Krauford ikinci, “Prema”da çıxış edən italiyalı Qabriel Mini üçüncü pillədə qərarlaşıblar.
Pilotların siyahısında “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. “McLaren”də çıxış edən Lando Norris 241 xalla ikinci yeri tutub. İlk “beşliy”i isə 217 xalla Şarl Lekler (“Ferrari”), 197 xalla Oskar Piastri (“McLaren”), 184 xalla Karlos Sayns (“Ferrari”) tamamlayıblar.
Konstruktorlar kubokuna isə 446 xalla “Red Bull” komandası başçılıq edir. “McLaren” 438 xalla ikinci, “Ferrari” 407 xalla üçüncü sırada yer alıblar. Sonrakı yerlərdə “Mercedes” (292), “Aston Martin” (74), RB (34), “Haas” (28), “Alpine” (13), “Williams” (6) və “Sauber” (0) komandaları qərarlaşıblar.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk "Formula 1" yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.
Sabiq deputat İqbal Məmmədov 10 milyonluq vergi borcunun bir hissəsini ödəyib
Xəzər dənizində zəlzələ baş verib
XIN Niderland Parlamentinin iki qətnaməsini pisləyib
İlham Əliyev Tunis prezidentini təbrik edib
ICESCO-nun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
Sahibə Qafarova Düşənbədə özbəkistanlı həmkarı ilə görüşüb
Məsut Özilin Azərbaycana səfərinin səbəbi bəlli olub
Araik Arutyunyanın, David Babayanın və digərlərinin həbs müddəti uzadılıb
COP29 ölkəmizə nələri qazandıracaq?
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq,23° isti olacaq
Azərbaycanda 1400 bələdiyyə birləşdirilir
İqtisadi Şuranın iclası keçirilib
Prokurorluq Qazaxda tələbələrin zəhərlənməsini araşdırır
Bakıda “INMerge” innovasiya sammiti davam edir
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib
Azərbaycan nefti 80,38 dollara satılır
Əbu-Dabi “Böyük Dəbilqə”sində 6 cüdoçumuz mübarizəyə başlayır
Sahibə Qafarova Tacikistana işgüzar səfərə gedib
Dünya çempionatı: Azərbaycan millisi bürünc medal üçün oynayacaq
Sabah Bakıda 24° isti olacaq
Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
Rafael Nadal karyerasını bitirəcək
COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək
Dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb
Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istədir