logo

32 ildən sonra Xocalı şəhər məktəbində ilk zəng çalınacaq

10:10 13-09-2024 | icon 3017
32 ildən sonra Xocalı şəhər məktəbində ilk zəng çalınacaq

Xocalı şəhər 1 nömrəli tam orta məktəb 132 şagird yerlikdir. Məktəb 2024-2025-ci tədris ili üçün açılışa hazırdır. Xocalıya köçürülmüş 44 ailədən olan uşaqlar burada tədrisə başlayacaqlar. Köçürülən ailələrin sayı artdıqca, məktəbdə şagirdlərin də sayı artacaq.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Xocalı şəhər 1 nömrəli tam orta məktəbin direktoru Nəvai Həsənov söyləyib.

“Sinif otaqlarımız bütün avadanlıqlarla təmin olunub. Məktəb iki korpusdan ibarətdir. Bir korpus tədrisə aiddir, digər korpus idman zalı, akt zalı və kitabxanadan ibarətdir. Sinif otaqları hamısı tədrisə tam hazırdır. Sentyabrın 16-da Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə tədrisə başlanılacaq. Şagirdlərimiz dərsliklərlə təmin olunublar. Otuz iki ildən sonra ilk dəfə Xocalı şəhər 1 nömrəli məktəbdə ilk zəng vurulacaq. Bu, çox sevindirici haldır”, - deyə direktor vurğulayıb.

O, həmçinin qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin məktəbə hədiyyə etdiyi nəşrlər sayəsində şagirdlər həm yeniliklərlə tanış olacaq, həm də bu vəsaitlər imtahanlara hazırlıq prosesində şagirdlərə dəstək olacaq.