logo

Müsavatçı Ərzulla Buludlunun şikayəti MSK-da rədd edilib

17:17 12-09-2024 | icon 966
Müsavatçı Ərzulla Buludlunun şikayəti MSK-da rədd edilib

Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 12-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınmış Müsavat Partiyasını təmsil edən Ərzulla Buludlunun müraciətinə baxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə  MSK üzvü İlkin Şahbazov məlumat verib.

O bildirib ki, 31 saylı Suraxanı ikinci seçki dairəsinin məntəqələrində seçicilərin iradəsinə mane olan hallara rast gəlinmədiyi üçün Ərzulla Buludlunun müraciəti təmin edilməyib.