Cari ilin 6 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 128,5 milyon dollar artıb.
YeniAvropa Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (421,4 milyon dollar), portfel investisiyaları (609.6 milyon dollar) və digər investisiyalar (-902.5 milyon dollar) hesabına formalaşıb.
Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2,1 milyard dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-374,1 milyon dollar), neft bonusu (456,4 milyon dollar), portfel investisiyaları (-889,5 milyon dollar) və digər investisiyalar (-1,3 milyard dollar) hesabına formalaşıb.
Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 0,6 milyard dollar artıb, xalis maliyyə öhdəlikləri isə 0.9 milyard dollar azalıb.
Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (21,3 milyon dollar) sektorunun, kapitalda iştiraka təminat verən qiymətli kağızların (131,3 milyon dollar) və bankların (493,4 milyon dollar) hesabına artıb, digər (36,4 milyon dollar) sektorların hesabına isə azalıb. Öhdəliklər əsasən, dövlət (895,8 milyon dollar) sektorunun hesabına azalıb, kapitalda iştiraka təminat verən qiymətli kağızların (0,4 milyon dollar), bankların (2,2 milyon dollar) və digər (3,7 milyon dollar) sektorların hesabına isə artıb.