logo

İlk 6 ayda Azərbaycana xaricdən 568 milyon $ pul köçürülüb

12:32 12-09-2024 | icon 1449
İlk 6 ayda Azərbaycana xaricdən 568 milyon $ pul köçürülüb

Bu ilin altı ayında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 567,8 milyon dollar olub.

YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə deyib.

S.Nəsirov bildirib ki, Azərbaycandan xaricə köçürülən pul baratlarının həcmi 259 milyon dollar təşkil edib.