logo

AYİB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsinə maraq göstərir

16:46 11-09-2024 | icon 1267
AYİB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsinə maraq göstərir

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının(AYİB) Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktoru Elizabeta Falçetti ilə görüşüb.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycanın AYİB-lə müxtəlif istiqamətlər üzrə uğurlu əlaqələri vurğulanıb.

Qeyd olunub ki, qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanları genişdir. Bu kontekstdə bankla enerji, xüsusilə bərpaolunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib.

Tərəflər AYİB-in Azərbaycanda dövlət–özəl tərəfdaşlığı layihələrində, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması layihəsində iştirakı ilə bağlı məsələləri, eləcə də "COP29" çərçivəsində AYİB ekspertlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparıblar.