Həbsxanalarda peşə təhsilinin keyfiyyəti yüksəldiləcək
Prezident İlham Əliyev sentyabrın 11-də “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncama əsasən, cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsi cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının asanlaşdırılması, əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunması baxımından böyük önəm kəsb edir.
Bu baxımdan cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara, əmək bazarında mövcud və gələcəkdə təklif olunacaq iş yerlərinə uyğun qurulması cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılmasında, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasında, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasında vacib rol oynayacaqdır.
Nazirlər Kabinetinə Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Maliyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair fəaliyyət planının layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Nazirlər Kabineti, həmçinin fəaliyyət planı layihəsinin hazırlanması ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət işçi qrupun yaradılmasını, habelə layihə hazırlanarkən ixtisaslaşmış ekspertlərlə və mütəxəssislərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini, habelə elmi təşkilatların və vətəndaş cəmiyyəti institutlarının cəlb olunmasını təmin etməlidir.
Məzahir Pənahov Qazaxıstandakı refendumu şəffaf və demokratik adlandırıb
Buzovnada 47 yaçlı kişini öldürən yeniyetmə saxlanılıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Ukrayna Ordusu Rusiyanın atdığı 2 raket və 56 PUA-nı məhv edib
Sabah Bakıda 26° isti olacaq
Bu gün 2200-dən çox namizəd dövlət qulluğuna qəbul imtahanı verir
Qazaxıstanda referendum keçirilir
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verildi
Bu il ali məktəblərə daxil olan 102 tələbəyə Prezident təqaüdü verildi
İlham Əliyev deputat Sabir Hacıyevə “Şöhrət” ordeni verdi
Azərbaycan bu il İtaliyaya 9,6 milyard m3 qaz ixrac edəcək
Sabah Bakıda 26° isti olacaq
Zelenski “Ramştayn” görüşündə qələbə planını təqdim edəcək
Cəbrayıl şəhərindəki yaşayış kompleksi 712 mənzildən ibarətdir
Milli Məclisin üzvləri Qazaxıstandakı referendumu müşahidə edəcəklər
Belaruslu baş məşqçi “Neftçi”nin təklifini rədd edib
Parlamentdə bir sıra məhkəmələrə hakimlərin təyinatına baxılacaq
Azərbaycan nefti 81,47 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Həndbol komandalarımız Avropa Kubokunda mübarizəyə başlayır
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Gələn ildən “Azəripək”də pambıq parça da istehsal olunacaq
Avropa İttifaqı Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb
Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb