ABŞ Dövlət Departamenti Gürcüstanda keçiriləcək parlament seçkilərinə müdaxilə üçün yeni plan hazırlayıb.
YeniAvropa Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Bildirilib ki, ABŞ Gürcüstanda hakimiyyəti zorla ələ keçirmək üçün kütləvi etiraz aksiyalarının təşkilini planlaşdırır. ABŞ Gürcüstanda keçiriləcək seçkilərə müdaxilə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu(DTİHB) ilə razılığa gəlib.
Razılığa əsasən ATƏT DTİHB-nin səsverməyə 10-20 gün qalmış ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir şəraitin olmadığı qənaəti ilə aralıq hesabat dərc etməsi nəzərdə tutulur. İradə ifadəsinin ilk nəticələri dərc edildikdən sonra seçki prosesinin demokratiya normalarına uyğun gəlməməsi ilə bağlı rəy təqdim olunacaq.
“Məqsəd Vaşinqtonun bəyənmədiyi “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qələbəsinin qarşısını almaqdır”, - deyə məlumatda bildirilir.