logo

Antoni Blinken Ukrayna gəlir

10:50 11-09-2024 | icon 1659
Antoni Blinken Ukrayna gəlir

ABŞ Dövlət katibi Antoni Blinken sentyabrın 11-də Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə birlikdə Ukraynaya səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə  ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, səfər zamanı onlar Ukrayna prezidenti Volodimir Zelenski və Ukrayna hökumətinin yüksək səviyyəli rəsmiləri ilə görüşəcəklər.

Tərəflər Ukraynanın müdafiəsi üçün davam edən dəstək və Ukraynanın uzunmüddətli perspektivdə hərbi, iqtisadi və demokratik cəhətdən inkişafının təmin edilməsi barədə müzakirə aparacaqlar.

A.Blinken sentyabrın 12-si Polşaya səfər edəcək. Yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlər zamanı ikitərəfli əlaqələr, o cümlədən müdafiə və enerji sahələrində əməkdaşlığın dərinləşməsi və NATO müttəfiqi kimi Ukraynanın müdafiəsinə dəstək məsələləri müzakirə ediləcək.