logo

Laçına daha 18 ailə köçürülüb

09:09 11-09-2024 | icon 889
Laçına daha 18 ailə köçürülüb

Sentyabrın 11-də Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

YeniAvropa xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 59 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 570 ailənin, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.