logo

Bakı-Şamaxı-Yevlax yolu iki aylığa hissə-hissə bağlanacaq

16:16 10-09-2024 | icon 756
Bakı-Şamaxı-Yevlax yolu iki aylığa hissə-hissə bağlanacaq

M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində (Cəngi ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar bu gündən etibarən təqribən 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardan keçmə yolu ilə təşkil ediləcək.

YeniAvropa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.