logo

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib

11:55 10-09-2024 | icon 693
Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 10-da "Fairmont" hotelində Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, tədbirdən öncə qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Konfrans Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət xorun ifasında Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023-2024-cü tədris ilindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Elm və təhsil naziri Emin Əmrullayev ötən tədris ilində əldə olunan nailiyyətlərdən, aparılan təhsil islahatlarından, mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, nəzərdə tutulan məsələlərdən, yeni tədris ilinin əsas hədəflərindən bəhs edib.

Nazir çıxışı zamanı ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə əmrdə nəzərdə tutulan məsələlərin həllinin zəruriliyini diqqətə çatdırıb.