Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu illik sessiyası(COP 29) günlərində bağçaların fəaliyyəti davam edəcək.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, işləyən valideynlər nəzərə alınaraq bağçalar fəaliyyətini davam etdirəcək: “Sadəcə xüsusi hallarda ümumi prosesdə fəaliyyət üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki bağçalarda məcburi davamiyyət yoxdur. Məsələn, adətən valideynlər məzuniyyət dövründə harasa gedəndə övladlarını özləri ilə aparırlar”.