logo

Azərbaycanda 400-dən artıq məktəb qəzalı vəziyyətdədir

10:50 10-09-2024 | icon 2212
Azərbaycanda 400-dən artıq məktəb qəzalı vəziyyətdədir

Azərbaycanda 400-dən artıq məktəb qəzalı vəziyyətdədir. dır 

YeniAvropa xəbər verir ki, bu barədə  jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, 4 il öncə 900-dən artıq qəzalı məktəb var idisə, həmin məktəblər təmir edilib və sözügedən rəqəm yarıya enib:

"İldən-ilə qəzalı məktəblərin sayı azalır. Şagird sayı az olan məktəblərin bəziləri tədrisə yararlı olmadığı halda, biz məktəbləri birləşdirmirik, sadəcə başqa məktəbə daşıyırıq. Düşünürəm ki, gələcək illərdə bu sürətlə getsək, problemi aradan qaldıra bilərik.

Üç-beş şagirdi olan məktəblərin iqtisadi yöndən saxlanılması doğru deyil. Bu halda da həmin məktəblər mütəmadi olaraq digər məktəblərlə birləşdirilir. Biz burada müəllimlərin iş yerlərini, sosial faktorları nəzərə alırıq”.